Kateqoriyasız

“Turan Tovuz”un məşqçisinin oğlu intihar etdi

Tovuz rayonunda intihar hadisəsi baş verib.

Rayonun Əlimərdanlı kənd sakini, 22 yaşlı Ocaqverdiyev Xaqani Nizami oğlu özünü asaraq intihar edib. Onun tələbə olduğu bildirilir. Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır. (Report)

Ocaqverdiyev keçmiş futbolçu, hazırda “Turan Tovuz” komandasında məşqçi kimi çalışan Nizami Ocaqverdiyevin oğludur. Klub oğlunun vəfatı ilə əlaqədar Ocaqverdiyevə başsağlığı verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43