Azərbaycanın futbol üzrə 1-ci liqasında mübarizə aparan “Şamaxı” heyətini yeni oyunçu ilə gücləndirib.
İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi “Turan Tovuz”un müdafiəçisi Səbayıl Bağırovu icarəyə götürüb. O, cari mövsümün sonuna qədər “Şamaxı”da çıxış edəcək.
Xatırladaq ki, “Şamaxı” daha öncə Roman Hüseynov və Bəhruz Teymurovu heyətinə qatıb.