l Divizion

“Turan Tovuz”un tarixində ilk dəfə

“Turan Tovuz” tarixində ilk dəfə titul qazanıb. 2015-ci ildə yaradılan klub I divizionun çempionu adına yiyələnib.

İdmanxeber.com-un məlumatına görə, Əsgər Abdullayevin yetirmələri buna mövsümün sonuna 2 tur qalmış nail olub. Qərblilər XXIV turdan sonra xal hesabını 57-yə çatdırıb və izləyiciləri üçün əlçatmaz olub. Düzdür, “Səbail” liderə çata bilər. Amma şəxsi oyunlardakı üstünlük (2:1, 0:0) “Turan Tovuz”un 1-ci yer tutması üçün kifayət edib.

İlk uğurunu qazanan 2 yaşlı klub I divizion tarixinə 23-cü çempion kimi düşüb. Düzdür, 22 yarışdan birində – 1994/95 mövsümündə final mərhələsi 2 qrupda keçirilib. Qrup qalibləri güclülər dəstəsinə yüksəlsə də, öz aralarında ən yaxşını müəyyənləşdirməyib. Həmin mövsümdə hər iki komandanı çempion hesab etsək, I diviziondakı 23 qalibdən yalnız biri bu uğuru 2 dəfə əldə edib. “Neftçala” 2014/15 və 2015/16 mövsümlərində qızıl medallara yiyələnib.(PFL)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43