Kateqoriyasız

“Turan”ın sabiq prezidenti vəfat etdi

“Turan” klubunun keçmiş prezidenti Namiq Məstanov vəfat edib.

Bu barədə “Turan Tovuz” klubunun rəsmi Feysbuk səhifəsi paylaşım edib.

Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, N.Məstanov 2001/02 və 2003/04-cü illərdə “Turan”a rəhbərlik edib. Daha sonra isə müxtəlif illərdə o, klubun vitse-prezidenti vəzifəsində çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43