Ölkə futbolu

Turanın yubiley oyunu

 

 

Araz-Naxçıvan”ın futbolçusu Turan Manafov Premyer Liqada 100-cü oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı müdafiəçinin yubiley matçı Misli Premyer Liqasının 24-cü turuna təsadüf edib.

Turan “Zirə” ilə ev görüşündə (0:3) “100”ə çatıb. Debütü 2018/19 mövsümünə təsadüf edən arxa xətt oyunçusunun ilk komandası “Sumqayıt” olub.

Manafov “Gənclik şəhəri” təmsilçisində 1, “Səbail”də 75 (3 qol), “Araz-Naxçıvan”da 24 (3 qol) oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43