Dünya futbolu

Turenin “Mançester Siti”dəki taleyinə aydınlıq gəldi

Yaya Turenin “Mançester Siti”dəki gələcək taleyinə aydınlıq gəlib.

Fil Dişi Sahili millisinin sabiq üzvü “şəhərlilər”lə yeni müqavilə bağlayıb. Bu barədə məlumatı klubun saytı yayıb. Yeni müqaviləyə əsasən, 34 yaşlı yarımmüdafiəçi daha bir il Mançester təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, Ture 2010-cu ildən “Mançester Siti”nin şərəfini qoruyur. Bir müddətdi fil dişi sahilili futbolçunun yayda komandadan ayrılacağı deyilsə də, o, qalmağı üstün tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43