Dünya futbolu

Türk əsilli futbolçunun “Qalatasaray”a keçidi an məsələsidir

“Qalatasaray” klubu transfer çalışmalarını davam etdirir.

İdmanxeber.com-un alman mətbuatına istinadən verdiyi məlumata görə, “Herta Berlin”də oynayan türk əsilli yarımmüdafiəçi Tolqa Ciğercinin “sarı-qırmızılılar”a transferi an məsələsidir.

Belə ki, hətta 24 yaşlı futbolçu Avropa Liqasındakı cavab matçına zədələnmə və transfer olma ehtimalına qarşılıq götürülməyib.

Tərəflərin bir neçə gün ərzində transferi sonlandıracağı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43