Ölkə futbolu

Türk futbolçu: “Azərbaycan millisindən dəvət almışam”

Superliqa təmsilçisi “Çaykur Rizəspor”da forma geyinən Sərcan Kaya Türkiyə mətbuatına maraqlı açıqlamalar verib.

25 yaşlı yarımmüdafiəçi açıqlamasında Azərbaycan millisindən təklif aldığını deyib. O, millimizdən gələn təklifə hələ cavab vermədiyini bildirib: “Öz üzərimdə daha çox işləməliyəm. Amma Azərbaycan millisində mənə təklif gəlib. Ancaq hələlik qərarımı verməmişəm.  Xeyirli nədirsə, o olsun”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43