Dortmund “Borussiya”sının türk əsilli futbolçusu İlkay Gündoğan “Barselona”dan təklif aldığını açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli yarımmüdafiəçi zədəsini tam sağaldandan sonra yekun qərar verəcəyini bildirib:
“Ən yaxşı performansımı göstərsəm, böyük futbolçunun (Xavi) yerində oynaya bilərəm”.
Qeyd edək ki, İlkay Gündoğan sonuncu dəfə 2013-cü ilin avqustunda meydana çıxmışdı.