Dünya futbolu

Türk hücumçu “Valensiya”da

Türkiyə milli komandasının üzvü Enes Ünal karyerasını İspaniyada davam etdirəcək.

Müqavilə ilə “Mançester Siti”yə məxsus olan gənc forvard icarə əsasında 1 il müddətinə “yarasalar”ın uğurları üçün tər tökəcək. İspaniya təmsilçisi istedadlı hücumçunu transfer hüququna yiələnmək istəsə, “şəhərlilər”ə 40 milyon avro ödəməlidi.

Enes Ünal son mövsümü Hollandiya “Tvente”sinin heyətində keçirib. O, meydana çıxdığı 33 matçda vurduğu 19 qolla komandasının ən məhsuldar oyunçusu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43