Ölkə futbolu

Türk klubunun rəsmisi “Xəzər Lənkəran”ın matçını izlədi

Xəbər verdiyimiz kimi Türkiyənin PTT birinci liqa klublarından olan "Şanlıurfaspor"un idman direktoru Murad Daldık Azərbaycandadır. Murad bəy ölkəmizdən iki futbolçu aparmaq üçün gəlib.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, klub rəsmisi hal-hazırda əvəzedici heyətlər arasında keçirilən "İnter" – "Xəzər Lənkəran" (1:1) matçını izləyib və bir sıra qeydlər aparıb.

Oyunun ilk hissəsi bitdikdən sonra isə Murad Daldık AZAL-ın məşqini izləməyə gedib.

Mənbə: İdmanxeber.com


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43