Dünya futbolu

Türkiyə futbolunda faciəvi hadisə

Türkiyə Super Liqasının 30-cu turunda keçirilən “Kayserispor” – “Alanyaspor” matçından sonra faciəvi hadisə baş verib.

 Matçdan sonra qonaq komandanın 7 əcnəbi futbolçusunu aparan mikroavtobus qəzaya uğrayıb. Hadisəyə səbəb sürücünün yolda yuxulaması olub. Qəza nəticəsində “Alanyaspor”un hücumçusu Jozef Şural dünyasını dəyişib. Çexiya millisinin üzvü xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Digər 6 futbolçu isə yüngül yaralanıb.

28 yaşlı hücumçu bu ilin yanvarında Praqa “Sparta”sından Alanya təmsilçisinə keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Kopenhagen” – “Qalatasaray” matçına necə baxaq?

admin

Daha bir ulduz söndü

admin

Bu qol Messini xatırlatdı – VİDEO

admin