Dünya futbolu

Türkiyə millisinin üzvü Premyer Liqa klubunda

İngiltərənin “Bornmut” klubu Türkiyə millisinin üzvünü transfer edib.

İdmanxeber.az-ın məlumatına görə, söhbət Enes Ünaldan gedir. Premyer Liqa klubu hücumçu üçün “Xetafe”yə 18 milyon avro ödəyib.

27 yaşlı forvardla 2028-ci ilə qədər müqavilə imzalanıb. Enes cari mövsümü icarə əsasında “Bornmut”da keçirib.

Enes Ünal “Bornmut”un heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43