“Pendikspor” baş məşqçi İvu Vieyrayla yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis ötən il oktyabrından bəri “Pendikspor”a başçılıq edirdi. Onu bu postda İbrahim Üzülmezin əvəz edəcəyi gözlənilir.
Son 3 görüşdə məğlub olan İstanbul təmsilçisi 26 xalla 19-cu sırada qərarlaşıb.
“Pendikspor” bu həftəsonu cəmi 2 xal geridə olduğu “Konyaspor”la qarşılaşacaq.