28 Sentyabr 2021
Dünya futbolu Dünyadan

Türkiyə Superliqasında yeni mövsümün püşkü atıldı

Türkiyə Super Liqasında 2021/22 mövsümünün püşkü atılıb.

Türkiyə çempionatında növbəti mövsümə avqustun 13-də start veriləcək.

Son çempion “Beşiktaş” yeni mövsümə doğma meydanda üz-üzə gələcəyi “Rizəspor” ilə oyunla start verəcək. Digər nəhənglərdən “Qalatasaray” ilk turda “Girəsunspor”un, “Fənərbaxça” isə “Adana Dəmirspor”un qonağı olacaq.

İlk dövrəyə dekabrın 27-də yekun vurulacaq. İkinci dövrəsi yanvarın 7-də başlayacaq Super Liqada 2021/22 mövsümü mayın 22-də yekunlaşacaq.

Super Liqanın yeni mövsümünün ilk turunda qarşılaşacaq komandalar:

Türkiyə Super Liqası
1-ci tur

Girəsunspor – Qalatasaray
Fatih Karagümrük – Qaziantep
Beşiktaş – Rizəspor
Yeni Malatyaspor – Trabzonspor
Antalyaspor – Göztəpə
Sivasspor – Konyaspor
Adana Dəmirspor – Fənərbaxça
Başakşəhər – Alanyaspor
Altay – Kayserispor
Hatayspor – Kasımpaşa

Super Liqanın yeni mövsümündə baş tutacaq derbilərin də hansı turlara təsadüf edəcəyi bəllidir. İlk derbi 4-cü tura təsadüf edəcək:

4 tur: Trabzonspor – Qalatasaray

9-cu tur: Trabzonspor – Fənərbaxça

10-cu tur: Beşiktaş – Qalatasaray

12-ci tur: Beşiktaş – Trabzonspor

13-cü tur: Qalatasaray – Fənərbaxça

17-ci tur: Fənərbaxça – Beşiktaş


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qəbələ” “Herta”ya uduzdu – Gənclər Liqası ilə vidalaşdı

admin

Dünyanın ən bəxtsiz azarkeşi

admin

Arşavin elə bir klubdan təklif aldı ki…

admin