12 Avqust 2020
Dünya futbolu

Türkiyəli ekspert: “Bakıdakı oyun “Sportinq” üçün asan olmayacaq”

Türkiyənin məşhur idman yazarlarından olan Ali Ece “Qarabağ”ın “Sportinq”la oynayacağı görüş barəsində fikirlərini bildirib. O, “Tvibuspor” kanalında yayımlanan “Avropa Özel” proqramında “Qarabağ”ın bugünkü oyunda rəqibinə qarşı qələbə şansının olduğunu deyib:

“”Qarabağ”ın öz meydanında “Sportinq”ə qarşı yaxşı mübarizə aparacağına əminəm. Azərbaycan təmsilçisi bu oyunda qələbə qazanaraq qrupdakı şanslarını davam etdirə bilər. Qurban Qurbanovun komandasının daha öncə hansı uğurlar qazandığını bilirik. Onlar hər zaman stabil oyun oynamağa çalışırlar. Bakıdakı oyun “Sportinq” üçün heç də asan olmayacaq”

Qeyd edək ki, “Qarabağ” – “Sportinq” matçı bu gün saat 21:55-də Bakı Olimiya Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Portuqaliya İtaliyanı məğlub etdi (VİDEO)

admin

“Beşiktaş” “Milan”dan futbolçu alır

admin

Marmot: “Qəbələ” çox effektiv oyun sərgilədi”

admin