Dünya futbolu

Türkiyə AVRO 2024 istəyir – “Bu möhtəşəm turniri qəbul etməyə hazırıq”

AVRO 2024-ün hansı ölkədə keçiriləcəyi məlum olur.

UEFA Sentyabrın 27 keçirəcəyi iclasla AVRO 2024-də ev sahibliyi edəcək olan ölkənin adını açıqlayacaq. Namizədlər arasında ən iddialılardan biri də Türkiyədir. Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım  Demirören bu barədə ölkə mətbuatına açıqlama verib:

“Dövlətimizn son illərdə futbola göstərdiyi qayğı göz qabağındadır. Bütün standarlara cavab verən yeni stadionlar, bazalar buna nümunədir. Ayın 27-si ev sahibi kimi bizim adımızın çıxmasına heç bir əngəl yoxdu. Türkiyə bu möhtəşəm turniri qəbul etməyə hazırdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43