Kateqoriyasız

Türkiyə Azərbaycan millisi ilə qarşılaşacaq

Azərbaycan və Türkiyə milli komandaları yoldaşlıq görüşü keçirəcəklər.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş “TRT Spor”a açıqlamasında deyib. O, Azərbaycan yığması ilə mayın 26-da Antalyada qarşılaşacaqlarını deyib. 67 yaşlı mütəxəssis iyunun 1-də Xorvatiya, 3 gün sonra isə İrlandiya ilə görüşəcəklərini bildirib.

Türkiyə millisi Avropa çempionatında iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43