Dünya futbolu

Türkiyə – Çexiya matçının hakimləri açıqlandı

Türkiyə millisinin Avro-2024 qrup mərhələsinin sonuncu turunda Çexiya ilə görüşünü idarə edəcək hakimlər açıqlandı.

İdmanxeber.az-ın məlumatına görə, matç rumıniyalı hakimlərə tapşırılıb. Görüşün əsas referisi İştvan Kovaça Vasile Marinesku və Ovidiu Artene kömək olacaq.

Qarşılaşmanın dördüncü hakimi isə Espen Eskasdır (Norveç).

Türkiyə – Çexiya oyunu iyunun 26-da, saat 23:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43