“Neftçi”nin qapıçısı İvan Brkiç karyerasını Türkiyədə davam etdirə bilər.
İdmanxeber.az “vecernji.hr”a istinadən xəbər verir ki, oyunçu “Trabzonspor”un diqqətindədir. Komandaya yeni təyin edilmiş baş məşqçi Nenad Byelkanın həmeyrlisi ilə çalışmaq istədiyi bildirilir.
Xəbərdə yazılıb ki, Brkiç “Nefçti”də xoşbəxtdir, ancaq bu təklifi özü üçün fürsət kimi görə bilər.