Dünya futbolu

Türkiyə Luçesku ilə yolları ayırır

Luçeskunun yerinə kim təyin ediləcək ?

Millətlər Liqasının sonuncu turunda səfərdə Rusiya millisinə məğlub olan Türkiyə qrupdan çıxmaq şansını itirib. Türkiyə mətbuatının yaydığı xəbər görə, milli komandanın bu uğursuz çıxışı baş məşqçi Luçeskunun sonunu hazırlayıb. İddialara əsasən 72 yaşlı rumıniyalı mütəxəssislə bu həftə içərisində yolları ayırmağı düşünən Türkiyə Futbol Federasiyası onun yerinə  yerli baş məşqçilərdən  Aykut Kocaman və ya Ersun Yanalı təyin edəcək .

Qeyd edək ki, Mirçea Luçesku ötən il Fatih Terimin əvəzinə Türkiyə millisinin baş məşqçisi təyin edilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43