Kateqoriyasız

Türkiyə millisi Avro-2020-də!

Bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində 9-cu tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, qardaş Türkiyə millisi mübarizə apardığı H qrupunda İslandiyanı sınağa çəkib. Görüş qolsuz bərabərliklə başa çatıb. Bu nəticədən sonra türklər AVRO-2020-yə vəsiqəni təmin edib.

Qeyd edək ki, Türkiyə son turda Andorranın qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43