Dünya futbolu

Türkiyə millisi Avro-2024-də ilk matçına çıxır: Oyuna hansı kanallarda baxaq?

Almaniyada keçirilən Avropa çempionatı davam edir.

İdmanxeber.az-ın məlumatına görə, çempionatda bu gün daha iki matç baş tutacaq.

Azərbaycanli futbolsevərləri daha yaxından maraqlandıran Türkiyə millisi də bu gün turnirdə ilk oyununu keçirəcək. “Ay-ulduzlular”ın ilk rəqibi Gürcüstan seçməsidi.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq qarşılaşmanı ölkəmizdə İctimai TV canlı yayımlayacaq. Türkiyənin TRT 1, Rusiyanın Match TV kanalları da bu qarşılaşmanı birbaşa nümayiş etdirəcək.

Oyunun canlı yayım linki saytımızda yerləşdiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43