Dünya futbolu

Türkiyə millisi üçün ingilislər

Avro-2020-nin seçmə mərhələsində keçiriləcək Türkiyə – İslandiya oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçın baş hakimi İngiltərə Futbol Federasiyasından Entoni Teylor olacaq. Ona Qari Beşvik və Adan Nunn köməklik edəcək. Dördüncü hakim funksiyasını Stuart Attvell yerinə yetirəcək.

Qeyd edək ki, Türkiyə – İslandiya görüşü noyabrın 14-ü keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43