Kateqoriyasız

Türkiyə millisində şok itki

Fransanın “Lill” klubunun üzvü Yusuf Yazıçı ciddi zədə alıb.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyə millisinin 22 yaşlı yarımmüdafiəçisi 19-cu turda səfərdə “Monako” ilə  keçirilən matçın (1:5) 39-cu dəqiqəsində zədələnib. Klubun rəsmi saytı futbolçunun çarpaz bağlarının qopduğunu açıqlayıb.

O, mövsümün qalan hissəsində oynamayacaq. Türkiyəyə qayıdan futbolçu bu gün əməliyyat ediləcək.

Yusuf Yazıçının Avropa çempionatında Türkiyə millisinə kömək edə bilməyəcəyi güman olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43