20 Sentyabr 2024
Dünya futbolu

Türkiyə millisinin sabiq üzvü məşqçiliyə başlayır

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu Mehemt Topal məşqçiliyə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, millinin keçmiş üzvü məşqçilik kurslarını uğurla tamamlayıb. 38 yaşlı gənc mütəxəssis Rumıniyada çalışacaq.

O, sözügedən ölkənin “Petrolul” klubu ilə 2 illik müqavilə bağlayacaq. Komanda ötən mövsüm Rumıniya çempionatını 10-cu sırada bitirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43