Dünya futbolu

Türkiyəni Bakıda 50 min tamaşaçı dəstəkləyəcək: Biletlərin qiyməti açıqlandı

AÇ-2020-nin final mərhələsinin biletləri dekabrın 4-dən satışa çıxarılacaq.

İdmanxeber.az-ın məlumatına görə, Bakının da ev sahibliyi edəcəyi oyunların biletləri 50 avrodan başlayır. UEFA milli gəlir səviyyəsini nəzərə alaraq, Bakı və Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək qarşılaşmalara girişi 30 avrodan edib. Qalan şəhərlərdəki oyunlara baxmaq üçün isə minimum 50 avro ödəmək lazım gələcək. Ən bahalı bilet isə 945 avroya olacaq.

UEFA hər bir komandaya 20 min bilet ayıracaq. Belə ki, 70 minə yaxın tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda “ay-ulduzlular”ı 50 minə yaxın azarkeşin dəstəkləyəcəyi gözlənilir.

Türkiyə millisi Bakıda A qrupunun 2 oyununu keçirəcək. İyunun 17-də rəqib Uels, iyunun 21-də isə İsveçrə olacaq. Bakı Olimpiya Stadionundakı ilk qarşılaşma isə iyunun 13-də Uels və İsveçrə milliləri arasında təşkil ediləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43