Dünya futbolu

Türkiyə Avropa çempionatına ev sahibliyi üçün namizədliyini verdi

Türkiyə 2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini verib.

İdmanxeber.com-un məlumatına görə, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən AÇ-2024-ə ev sahibliyi etmək üçün rəsmi ərizəni UEFA-nın baş katibi Teodor Teodorisə təqdim edib. O, bunun üçün UEFA-nın Nyondakı mənzil-qərargahına gedib. Dəmirörən Türkiyədə qitə birinciliyinin final mərhələsini qəbul etmək üçün hər cür şəraitin olduğunu deyib:

“Avropada stadion baxımından bir nömrəyik. Beynəlxalq futbol ictimaiyyəti arasında Türkiyənin yerinin əvvəlkindən daha önəmli olduğunu bilirik. Türkiyə istənilən yarışı təşkil edəcək gücdədi. Ölkədə nəqliyyat cəhətdən də heç bir problem yoxdu”.

Dəmirörən sonda Türkiyənin qitə birinciliyini qəbul etmək üçün bir və ya iki ölkəylə mübarizə aparmalı olacağını deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43