İdman

“Türkiyə çempionatından təklif var” – “Neftçi”nin futbolçusu

“Giresunspor”la bağlı variant maraqlıdır. Səninlə başqa klubların maraqlanması hər zaman xoşdur”. 

İdmanxeber.com-un məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Kiril Petrov karyerasını Türkiyənin I Liqasında çıxış edən “Giresunspor”da davam etdirmə variantını footboom.com saytına dəyərləndirərkən deyib.

27 yaşlı yarımmüdafiəçi bildirib ki, “Giresunspor”a keçməyin əleyhinə deyil. Onun fikrincə, Türkiyə çempionatı yetərincə səviyyəlidir: “Neftçi” ilə müqaviləmin müddəti 2018-ci ilin yayına qədərdir. “Giresunspor”la bağlı variant barədə menecerim Aleksandr Pankovdan soruşmaq lazımdır. O, daha çox məlumata malikdir. Hazırda “Neftçi”nin oyunçusuyam və komanda ilə təlim-məşq toplanışına gedirəm. Daha sonra nələrin baş verəcəyinə baxarıq. Türkiyə çempionatı yetərincə güclü turnirdir. “Giresunspor” I Liqada çıxış etsə də, komandanın qarşısında yüksək tapşırıqlar qoyulub”.

Qeyd edək ki, Kiril Petrov cari mövsüm “Neftçi”də 13 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43