Dünya futbolu

Türkiyə klubları Aziz Yıldırıma qarşı çıxdı

Dünən Türkiyənin “NTV Spor” kanalına qonaq olan “Fənərbağça” klubu prezidenti Aziz Yıldırım 3 saat ərzində canlı yayımda olub.

İdmanxeber.com-un məlumatına görə, Aziz Yıldırım “Bursaspor”, “Trabzonspor” və “Qalatasaray”ın çempionluqlarının şübhəli olduğunu, hətta sonuncunun “FETÖ” adlanın terror qruplaşması ilə əlbir olduğunu söyləyib.

Buna qarşılıq olaraq hər üç klub Aziz Yıldırımın ittihamlarına və “NTV” kanalına cavab olaraq bəyanat yayıb.

“Qalatasaray” klubu adıçəkilən kanalın komandası ilə bağlı bütün idman tədbirlərində iştirakının qarşısına almaq üçün akkredetasiyaları ləğv etdirib.

Qeyd edək ki, “Trabzonspor”un prezidenti Muharrem Usta avqustun 30-u, Bakı vaxtı ilə 20:00-da eyni kanalda qonaq olacaq və cavab haqqından istifadə edəcəkdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43