İdman

Türkiyə klubu məşhur hücumçu ilə yolları ayırdı

“Konyaspor” məşhur futbolçu Samuel Eto`O ilə yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, Türkiyə klubu 37 yaşlı təcrübəli hücumçu ilə müqaviləni ləğv etməyi qərara alıb.

Yanvar ayında komandaya cəlb olunan kamerunlu oyunçu “Konyaspor”la 2.5 illik müqavilə imzalamışdı. Fransanın “Nim” klubu Eto`Onu heyətinə qatmaq istəyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43