Kateqoriyasız

Türkiyə klubu millimizin üzvünə qapını göstərdi

Millimizin futbolçusu Vaqif Cavadov Türkiyə klubu ilə yollarını ayırıb.

idmanxeber.com-un Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, Özgür Öçal, Ahmet Devret, Gökay İravul, Josef Çınar, Fərdi Coşqun kimi futbolçularla yollarını ayıran "Qaziantep BB", millimizin üzvünə də qapını göstərib.

Qeyd edək ki, mövsümün əvvəlində "Qaziantep BB" il 2016-ci ilədək müqavilə imzalayan Cavadov,  müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43