Dünyadan

Türkiyə klubunda baş məşqçi istefası

Türkiyə superliqasında mübarizə aparan “Alanyaspor” klubu baş məşqçisi Hüseyin Kalparla yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə baş məşqçi özü məlumat verib. O, bu qərarı superliqanın 17-ci turunda evdə “Rizespor”a uduzduqları oyundan (2:3) sonra verib.

Qeyd edək ki, “Alanyaspor” ilk dəfə bu mövsüm Hüseyin Kalparın rəhbərliyi altında superliqaya yüksəlib. Onun komandası hazırda 18 xalla 14-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43