Dünya futbolu

Türkiyə klubundan Con Terriyə təklif

Türkiyənin “Antalyaspor” klubu “Çelsi”nin futbolçusu Con Terrini transfer edə bilər.

Klub mövsümün sonunda “Çelsi”dən ayrılacağını açıqlayan 36 yaşlı müdafiəçiyə yaxın günlərdə təklif göndərəcək.

Təcrübəli futbolçu ilə “Antalyaspor”dan başqa  ABŞ, Çin və Qətər klubları da maraqlanır.

Qeyd edək ki, “Çelsi”nin yetirməsi olan  C. Terri 1995-ci ildən “zadəganlar”ın  şərəfini qoruyur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43