Ölkə futbolu

Türkiyə mətbuatı idmanxeber.com-un xəbərini təsdiqlədi: Dənizli “Qalatasaray”a gedə bilər

“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli “Qalatasaray”ın idman direktoru təyin oluna bilər.

İdmanxeber.com bu barədə siözəl olaraq öncədən də məlumat vermişdi ki, Cənub klubunuin çalışdırıcısı “Qalatasaray”a idman direktoru təyin oluna bilər.

Artıq Türkiyənin “Sabah” qəzeti xəbərimizi təsdiqləyib. Türkiyə mətbuatı “Qalatasaray”ın təcrübəli mütəxəssisi klubun idman direktoru vəzifəsinə gətirmək istədiyini yazıb.

Qeyd edək ki, Dənizli özü mətbuata açıqlamasında XL-dən ayrılmaq fikirində olmadığını açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43