Ölkə futbolu

Türkiyə mətbuatı “Xəzər Lənkəran” çempion olarsa, Mustafa Dənizlinin nə qədər qazanacağını yazdı

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Mustafa Dənizli komandanı çempion edəcəyi təqdirdə böyük məbləğdə mükafat alacaq.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, təcrübəli çalışdırıcı ilə 1.5 illik müqavilə imzalanacaq və müqavilənin dəyəri 6 milyon avro olacaq.  Mütəxəssis Lənkəran klubunu çempion edəcəyi təqdirdə, bonus olaraq 1 milyon avro qazanacaq.

Qeyd edək ki, 14 turdan 14 xal toplayayan “Xəzər Lənkəran” 8-ci sırada qərarlaşıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43