Milli komanda

Türkiyə mətbuatından sensasiyalı iddia: Foqtsun yerin hansı türk mütəxəssisi gəlir?

Türkiyənin adlı-sanlı məşqçilərindən olan Yılmaz Vural Azərbaycan millisini çalışdıra bilər.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, Berti Foqtsla yollarını ayırmağı qərara alan Azərbaycan Futbol Federasiya sözügedən türk məşqçi ilə danışıqlara başlayıb. Son klubu "Elazığspor" olan çalışdırıcının bu təklifə "hə" dediyi bildirilir.

Qardaş ölkə mətbuatı iddia edib ki, təcrübəli mütəxəssis sentyabrın 22-də Azərbaycan millisi ilə müqavilə imzalayacaq.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43