Dünya futbolu

Türkiyə millisi iki yoxlama matçı keçirəcək

Türkiyə millisi iki yoxlama matçında qüvvəsini sınayacaq.

İdmanxeber.com-un məlumatına görə, qardaş ölkə təmsilçisinin rəqibləri Finlandiya və Moldova yığmalarıdı. Hər iki qarşılaşma Türkiyədə baş tutacaq.

Finlandiya ilə görüş martın 24-də Antalyada keçiriləcək. Bundan 3 gün sonra Fatih Terimin yetirmələri Əskişəhərdə Moldova millisi ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43