Dünya futbolu

Türkiyə millisi Kosova ilə səfər matçını neytral meydanda keçiriləcək

Türkiyə millisi “DÇ-2018”in seçmə mərhələsində Kosovo ilə səfər oyunu neytral meydanda keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə xəbəri Türkiyə Futbol Federasiyasının rəsmi saytı yayıb.

Bildirilir ki, yayda keçiriləcək qarşılaşma Albaniyada oynanılacaq. Buna səbəb isə Kosovoda UEFA-nın tələblərinə cavab verən stadionun olmamasıdır.

Qeyd edək ki, Kosovo – Türkiyə oyunu iyunun 11-də keçiriləcək.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43