Dünyadan

Türkiyə millisi pis vəziyyətdə qaldı: Azarkeşlər təhqir etdi, Volkan stadionu tərk etdi – VİDEO

“Avro-2016″nın seçmə mərhələsinin Türkiyə – Qazaxıstan matçındna öncə xoşagəlməz hadisə baş verib.

İdmanxeber.com-un məlumatına görə, “TT Arena”da isinmə hərəkəti edən “ay-ulduzlular”ın qolkiperi bir qrup azarkeş tərəfindən söyüşlərlə təhqir edilib.

“Fənərbağça”nın qapıçısı azarkeşlərə üzünü tutaraq sakit olmalarını istəyib. Lakin bunun nəticəsi olmayınca Volkan öncə meydanı, daha sonra isə stadionu tərk edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43