Dünyadan

Türkiyə millisində ciddi itki

Türkiyə millisinin futbolçusu Əmrə Mor DÇ-2018-in seçmə mərhələsinin 4-cü turunda Kosovoya qarşı oynaya bilməyəcək.

İdmanxeber.com xəbər verir ki, səbəb futbolçunun İslandiya ilə oyunda (0:2) sarı vərəqə limitini doldurmasıdır. Bundan əvvəl Ukrayna ilə görüşdə də sarı vərəqə alan 19 yaşlı oyunçu cəzalı duruma düşüb.

Qeyd edək ki, Türkiyə – Kosova oyunu noyabrın 12-i keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43