16 Sentyabr 2019
Ölkə futbolu

Türkiyə millisinin sabiq baş məşqçisi “Rəvan”ın düşərgəsində – FOTO

Cari mövsümün  hazırlıqlarını Türkiyədə davam etdirən “Rəvan” gündə 2 dəfə olmaqla məşqlərinə davam edir.

Kubun saytına istinadən verdiyimiz məlumata görə, bu gün  yerli vaxtla günorta saatlarında  Türkiyə millisinin sabiq çalışdırıcısı, tanınmış mütəxəssis Abdulla Avcı tanışları ilə “Rəvan”ın düşərgəsinə baş çəkib. Baş məşqçi Güvənc Kurtarla çox yaxın dost olan A.Avcı klub nümayəndələri və məşqçilər heyəti ilə təxminən 1 saat ərzində fikir mübadiləsi aparıb. Çay süfrəsi ətrafında baş tutan səmimi söhbətdən sonra xatirə şəkli də çəkilib.

Oxşar xəbərlər

“Bakı” bir futbolçunun yolunu bağladı – ÖZƏL

admin

“İnter” – “Tiraspol” matçını idarə edəcək hakimlər bəlli oldu

admin

Pantiç “Xəzər Lənkəran”la oyundan danışdı – VİDEO

admin