Dünya futbolu

Türkiyə millisinin sabiq üzvü işsiz qaldı

Türkiyənin 3-cü liqasında çıxış edən “Sakaryaspor” baş məşqçisi Tuncay Şanlı ilə yolları ayırıb.

İdmanxeber.com-un məlumatına görə, klub rəhbərliyi Tuncay Şanlı ilə görüşdən sonra mütəxəssislə işbirliyinə son qoymaq qərarına gəlib.

Xatırladaq ki, Tuncay Şanlı futbolçu kimi “Sakaryaspor”un yetirməsi olub. Türkiyə millisinin sabiq üzvü Sakarya təmsilçisinin “sükanı arxasına” ötən ilin sonlarında keçmişdi.

“Sakaryaspor” gənc mütəxəssisin rəhbərliyi altında cari mövsümdə meydana çıxdığı 13 oyunda 6 qələbə, 4 heç-heçə və 3 məğlubiyyət əldə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43