Dünya futbolu

Türkiyə millisinin üzvü 4 ay müddətinə futboldan uzaqlaşdırıldı

Türkiyə millisinin və “Bayer”in futbolçu Hakan Çalhanoğlu 4 ay müddətinə futboldan uzaqlaşdırılıb.

İdmanxeber.com-un məlumatına görə, İdman Arbitraj Məhkəməsi (CAS) FİFA-nın futbolçuya verdiyi cəzanı təsdiq edib.

Xatırladaq ki, H.Çalahanoğlu 2011-ci ildə “Trabzonspor”la müqavilə imzalamaqa razılıq verib və 100 min avroluq ilkin ödəniş alıb. Lakin daha sonra “Hamburq”dan gələn müqaviləni imzalayaraq Almaniya klubuna transfer olub. Bu səbəbdən klub 2013-cü ildə futbolçunu FIFA-ya şikayət edib. O, həmçinin “Trabzonspor”a  100 min avro təzminat ödəyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43