Dünyadan

Türkiyə millisinin üzvü “Volfsburq”da

Almaniya Bundesliqa təmsilçisi “Volfsburq” heyətini yeni futbolçuyla gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, “canavarlar” Türkiyə millisinin və “Maynts”ın üzvü Yunus Mallını heyətinə cəlb edib. Mallıyla 4,5 illik müqavilə imzalanıb. “Yaşıl-ağlar” 24 yaşlı futbolçu üçün qarşı tərəfə 12,5 milyon avro ödəyib.

Qeyd edək ki, 2011-ci ildən “Maynts”da top qovan Yunus cari mövsümdə meydana çıxdığı 24 oyunda 8 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43