Dünya futbolu

Türkiyə millisinin üzvündən uğursuz start: 6 aylıq sıradan çıxdı

“Qalatasaray”dan ayrılaraq “Sparta”ya keçən Semih Kayanın Çexiya I Liqasındakı debütü uğursuz alınıb.

Idmanxeber.com-un məlumatına görə, çempionatının ilk turunda “Bohemians”la matça (1:1) start heyətində başlayan müdafiəçi 45 dəqiqədə zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb. Türkiyə millisinin üzvünün ayaq barmağı qırılıb. Semih bu zədə ücbatından 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, 26 yaşlı müdafiəçi İstanbul klubundan 2 milyon avroya “Sparta”ya transfer olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43