Dünya futbolu

Türkiyə Super Liqasına yüksələn son komanda məlum oldu

Türkiyə Super Liqasına vəsiqə qazanan sonuncu komandanın adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, son vəsiqə uğrunda həlledici matçda “Əskişəhərspor” və “Göztəpə” komandaları üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 1 – 1 hesablı bərabərliklə yekunlaşıb. Əlavə vaxtda da hesab dəyişmədiyi üçün penalti seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan “Göztəpə” (3 – 2) Super Liqaya yüksəlib.

Qeyd edək ki, daha öncə “Sivasspor” və “Yeni Malatyaspor” komandaları yüksək liqada oynamaq hüququ qazanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43