Dünya futbolu

Türkiyə Superliqası: “Gənclərbirliyi”ndən inamlı qələbə

Türkiyə Superliqasında II tura start verilib.

İlk oyun günündə bir qarşılaşma baş tutub.

Doğma azarkeşləri önündə “Akhisar Bələdiyyəspor”la qarşılaşan “Gənclərbirliyi” rəqibinə heç bir şans verməyib. Bu görüşdə 3 cavabsız qolla qalib gələn Ankara təmsilçisi mövsümdə ilk qələbəsini qazanıb – 3:0.

Qeyd edək ki, II tura avqustun 26-da keçiriləcək iki oyunla yekun vurulacaq.

23 avqust

Türkiyə Superliqası, II tur

“Gənclərbirliyi” – “Akhisar Bələdiyyəspor” – 3:0

Qollar: Durmaz, 17 (1:0), Zek, 33 (2:0), Stanku, 87 (3:0)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43