Dünya futbolu

Türkiyədə növbəti baş məşqçi istefası

Türkiyə Super Liqasında növbəti istefa gerçəkləşib.

İdmanxeber.com-un məlumatına görə, “Akhisar Bələdiyəspor”un baş məşqçisi Tolunay Kafkas vəzifəsindən getdiyini açıqlayıb. Təcrübəli mütəxəssis Super Liqanın 25-ci turu çərçivəsində “Adanaspor”a 1 – 2 hesablı məğlubiyyətdən sonra istefa verib.

Qeyd edək ki. Akhisar təmsilçisi 25 turdan sonra aktivində olan 27 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43