Ölkə futbolu

Türkiyədəki hadisə “Zirə”yə də mane oldu

“Zirə” yay hazırlıq prosesinin növbəti mərhələsini keçirmək üçün bu gün səhər Türkiyəyə yola düşməli idi.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən veridiyi məlumata görə, qardaş ölkədə baş verən məlum hadisələrə görə komandamız səfərə çıxa bilməyib. 

Komandanın getməli olduğu reys də daxil olmaqla, Türkiyəyə həyata keçirilməli olan uçuşlar təxirə salınıb.

Klub rəhbərliyi hazırda Türkiyədə hökm sürən qeyri-sabit vəziyyəti nəzərə alaraq, bu ölkənin Bolu şəhərində nəzərdə tutulmuş təlim-məşq toplanışının ləğvinə qərar verib. Komanda hazırlığın növbəti mərhələsini də ölkə daxilində keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43